Rusiyaya ən çox borcu olan ölkələrin adları açıqlanıb | Banco.az

Rusiyaya ən çox borcu olan ölkələrin adları açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya ən çox borcu olan ölkələrin adları açıqlanıb.

Banco.az xəbər verir ki, 2021-ci ilin sonunda Rusiyaya ən çox borcu olan ölkələr sırasında  Belarus, Banqladeş və Hindistan yer alır. 

Ümumilikdə Minskin Moskvaya borcu 8,5 milyard dollar təşkil edib. 2021-ci ildə borcun məbləği 1,9% artıb. Dəkkə 4,4 milyard dollar borc ilə ikinci yerdə, Yeni Dehli isə 3,3 milyard dollar borc ilə üçüncü yerdə qərarlaşıb.

2021-ci ildə Moskvaya olan borcunu ən çox artıran ölkə isə Özbəkistan olub. Belə ki, Daşkəndin öhdəlikləri 77% artaraq 254,7 milyon dollar təşkil edib.

Ümumilikdə, ötən ilin sonunda 38 ölkənin Rusiyaya cəmi 26,54 milyard dollar borcu olduğu məlum olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram