Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın xarici ticarət kəsiri 68,3 faiz azalıb.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin cari balans kəsiri bu ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 86,1 faiz azalaraq 25,6 milyard dollara düşüb.
Sözügedən dövrdə ölkənin xarici ticarət kəsiri isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz azalaraq 72,6 milyard dollara geriləyib.
Rusiya Mərkəzi Bankının yazılı bəyanatında xarici ticarət kəsirində qeydə alınan azalma idxalın artması, ixrac mallarının qiymətlərinin ucuzlaşması və rusların turizm mövsümünün başlaması ilə xaricə səfərlərin intensivləşməsi ilə əlaqələndirilib.
Xatırladaq ki, Rusiyanın xarici ticarət kəsiri 2022-ci ildə əvvəlki ilə nəzərən 66 faiz artaraq 282,3 milyard dollara çatmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!