Rusiyanın ÜDM-i bu il 4-5% azalacaq | Banco.az

Rusiyanın ÜDM-i bu il 4-5% azalacaq

Rusiya Mərkəzi Bankı 2020-ci ildə ölkə ÜDM-in azalması üzrə proqnoz dəhlizini əvvəlki 4,5-5,5%-dən 4-5%-ə endirib.

Bu barədə bankın dərc etdiyi ortamüddətli proqnozunda deyilir.

Bank 2021-ci ildə Rusiyada ÜDM-in 3-4% (əvvəlki proqnoz 3,5-4,5%) artacağını gözləyir, 2022-ci il üçün proqnoz isə sabit saxlanılıb – 2,5-3,5%-lik artım. 2023-cü ildə Rusiya Bankı ölkə iqtisadiyyatının 2-3% artacağını proqnozlaşdırır.

İqtisadi fəallığın operativ indikatorları Rusiya iqtisadiyyatının bərpasının yavaşladığını göstərir ki, bu da daxili tələbatın dinamikası ilə əlaqələndirilir.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et