Müəllif: Tamara Mustafayeva, Banco.az
Buğdanın qiyməti yenidən ucuzlaşıb.
Banco.az xəbər verir ki, buğda qiymətləri Rusiyanın taxıl sazişini dayandırması ilə bağlı bəyanatını geri götürməsi və taxılın Ukrayna ərazisindən təhlükəsiz keçidinə yenidən icazə verməyi qəbul etməsi ilə ucuzlaşmağa başlayıb.
Çikaqoda buğda fyuçersləri həftənin ilk iki günü bahalaşdıqdan sonra 6,3 faiz’ qədər ucuzlaşıb.
Xatırladaq ki, iyul ayında Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə həyata keçirilən və qlobal ərzaq tədarükünü yaxşılaşdırılmasında həlledici rola sahib razılaşmanın gələcəyi şənbə günü Rusiyanın iştirakını dayandırdığını elan etməsindən sonra sual altında qalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!