Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyanın qızıl ehtiyatları bir il ərzində rekord həddə - 92 milyard dollar artıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat verib.
Ekspertlər bu artım tempini qiymətli metalın kəskin bahalaşması ilə əlaqələndirirlər.
Payızın son ayının əvvəlinə qızıl Rusiyanın ehtiyatlarının 41,3 faizini təşkil edib. Ölkənin xarici valyuta ehtiyatları il ərzində cəmi 0,5 faiz artaraq 426 milyard dollara çatıb. JP Morgan Private Bank-a görə, qızılın gələn il 5000 dollar həddini keçmək şansı var. Bu tendensiyanın əsas səbəbi inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları tərəfindən bu qiymətli metalın alınması olacaq.
Bankın makroiqtisadi strategiya rəhbərinin sözlərinə görə, 2026-cı ilin sonuna qədər qızıl öz dəyərinin təxminən dörddə birini qazanaraq 5200-5300 dollara çata bilər.
