Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb | Banco.az

Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb

Müəllif: Mehin Qasımova/Banco.az

2023-cü ilin sentyabr ayının sonunda Rusiyanın qızıl ehtiyatları rekord həddə - 2,36 min ton artıb. 

Banco.az xəbər verir ki, bu rəqəmi artıraraq ölkə dünyada ən böyük qızıl ehtiyatlarına malik ölkələr arasında beşinci yeri qoruyub .

Rusiyanın qızıl ehtiyatları sentyabrda 2 faiz (44 ton) artaraq ölkənin müasir tarixində ən yüksək səviyyəyə çatıb.

Ən son hesabata görə,  qiymətli metalın qiymətlərində kəskin eniş baş verib, investisiyalar 140,5 milyard dollara qədər (3 faiz) azalıb.

Qeyd edək ki, ən böyük qızıl ehtiyatına malik ölkələr arasında birinci yeri  ABŞ (8,1 min ton), ikinci yeri Almaniya (3,35 min ton), üçüncü yeri İtaliya (2,45 min ton) və dördüncü yeri Fransa (2,4 min ton) tutur.

Xatırladaq ki, Federal Gömrük Xidməti (FCS) Rusiyadan fiziki şəxslərə qızıl ixracının məhdudlaşdırılmasını təklif edib. Çünki qiymətli metalın qeyri-qanuni dövriyyəsi Rusiya büdcəsinə böyük ziyan vurur. Dəyişikliklər qiymətli metalların və daşların dəyərinə əsasən cərimələrin müəyyən edilməsinin mümkünlüyünü nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et