Rusiyanın qismən səfərbərlik qərarından sonra neft sürətlə bahalaşıb | Banco.az

Rusiyanın qismən səfərbərlik qərarından sonra neft sürətlə bahalaşıb

Tamara Mustafayeva, Banco.az

Bir tərəfdən FED-in faiz qərarından əvvəl neft bazarlarında inflyasiyanı cilovlamaq üçün qəbul ediləcək faiz artımının tələb üzərindəki təzyiqi izlənilərkən, digər tərəfdən Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanı qiymətləri sürətlə bahalaşdırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ xam nefti təxminən 3 faiz artaraq 86 dolları, Brent nefti isə 2 faiz artaraq 93 dolları keçib.

Xatırladaq ki, ABŞ xam nefti yeni günə 84 dollar, Brent markalı neft isə 90 dollar səviyyəsində başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et