Banco.az İqtisadçı-ekspert Samir Əliyevin fikirlərini sizə təqdim edir:
Sanksiyalar mənfi təsirini Rusiyaya göstərməkdədir. Fitch ekspertlərinin proqnozlarına görə, sanksiyanın təsiri olaraq Rusiyanın Mərkəzi Bankının qızıl-valyuta ehtiyatı bu ilin sonuna $450 milyarda, 2015-ci ilin sonuna isə $400 milyarda düşə bilər. Bir sözlə, yaxın 16 ayda $65 milyard itki gözlənilir. Bu isə qızıl-valyuta ehtiyatının 15%-i deməkdir.
Rusiyanın problemləri bununla bitmir. Neftin ucuzlaşması ölkəyə əlavə baş ağrısı yaradıb. Maliyyə Nazirliyniin hesablamalarına görə, neftin qiymətinin $110-dan $93-ə düşməsi nəticəsində ixracın ildə $55 milyard azalmasına gətirib çıxaracaq.
Tədiyyə balansının maliyyə hesabında ÜDM-nin 2%-i həcmində zərər yaranıb.
Ölkədə inflyasiya təzyiqi artır. İqtisadi İnkişaf Nazirliyi 2014-cü il üzrə orta illik inflyasiya səviyyəsini 6,5%-dən 7,4%-ə qaldırmağa məcbur olub. Dünya Bankı hətta 8% həddində proqnozlaşdırb.
Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 18%-ə qədər ucuzlaşaraq 32,6 rubldan 38,3 rubla düşüb.
Proses gedir, vəziyyət getdikcə daha da pisləşəcək. Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan da neqtiv təsir göstərir. Xüsusən də son günlər rus məmurlarının ölkəyə axını bizim üçün yaxşı heç nə vəd etmir. İndiki vəziyyətdə tələsmədən addım atmaq lazımdır. Rusiya investisiya üçün əlverişsiz zamandır. Risklər çoxdur. Neft Fondunun vəsaitlərinin Rusiyaya yönəlməsinə imkan vermək olmaz. Ən azı indiki mərhələdə gözləmək lazımdır.