Rusiyanın neft və təbii qazdan əldə etdiyi gəlir 82 faiz artıb | Banco.az

Rusiyanın neft və təbii qazdan əldə etdiyi gəlir 82 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya dövlət büdcəsinin neft və təbii qazdan əldə etdiyi gəlir 82 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin bəyanatında yanvar-aprel dövrü üzrə ölkənin büdcə gəlirləri və xərcləri ilə bağlı təfərrüatlar əksini tapıb.

Məlumata görə, Rusiyanın büdcə gəlirləri sözügedən dövrdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz artaraq 11,7 trilyon rubla, büdcə xərcləri isə 21,5 faiz artaraq 13,2 trilyon rubla çatıb. Beləliklə, ölkə büdcəsində 1,5 trilyon rubl kəsir yaranıb.

Rusiyanın neft və təbii qaz gəlirləri ilin ilk 4 ayında 82,2 faiz artaraq 4,2 trilyon rubla, qeyri-neft və təbii qaz gəlirləri isə 36,8 faiz artaraq 7,5 trilyon rubla çatıb.

Bəyanatda vurğulanıb ki, büdcə gəlirləri və xərcləri ilə bağlı atılan addımlar 2025-ci ildə büdcə balansını gücləndirəcək. Bununla da, ortamüddətli perspektivdə büdcə sistemi və Rusiyanın makroiqtisadi və maliyyə sabitliyi dəstəklənəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, dünyanın ən böyük neft və təbii qaz ixracatçılarından biri olan Rusiya Ukrayna müharibəsi səbəbindən Avropada itirdiyi bazar payını daxili və Asiya bazarlarında kompensasiya etmək istəyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et