Rusiyanın neft və təbii qaz gəlirləri azalıb | Banco.az

Rusiyanın neft və təbii qaz gəlirləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın neft və təbii qaz gəlirləri 41,4 faiz azalıb.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin yaydığı bəyanatda ölkənin neft və təbii qaz gəlirlərinin bu ilin ilk 7 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 4,2 trilyon rubla (təxminən 43,4 milyard dollar) gerilədiyi bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, sözügedən dövrdə federal büdcə kəsiri 2,8 trilyon rubl (təxminən 29 milyard dollar) təşkil edib.

İlin ilk yeddi ayı ərzində büdcə gəlirlərinin 14,5 trilyon rubl olduğu, büdcə xərclərinin 17,3 trilyon rubl səviyyəsinə çatdığı vurğulanıb.

Xatırladaq ki, bəzi qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiyadan nefti və təbii qazın idxalını dayandırarkən, bəzi ölkələr isə əhəmiyyətli dərəcədə azaldıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram