Rusiyanın neft ixracından gəliri təxminən 35% azalıb | Banco.az

Rusiyanın neft ixracından gəliri təxminən 35% azalıb

Rusiyanın neft ixracından gəliri, 2020-ci ilin yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 34,8% azalaraq 39 milyard dollara geriləyib.

Rusiya Federal Gömrük Xidməti məlumatlarına görə, ölkənin neft ixracı həcmi ilin ilk 6 ayında 2019-un eyni dövrü ilə müqayisədə 2,6% azalaraq 125 milyon tona düşüb. Həmin dövrdə, Rusiyanın neft ixracından gəliri də 34,8% azalma ilə 39 milyard dollar təşkil edib.

Ölkənin neft ixracından əldə etdiyi gəlir, keçən il də bir əvvəlki illə müqayisədə 6% düşərək 121 milyard dollara geriləmişdi.

Neft və təbii qaz ixracı gəlirləri Rusiyada federal büdcənin təxminən 40%-ni formalaşdırır.

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et