Rusiyanın müdafiə büdcəsində rekord artım müşahidə olunur | Banco.az

Rusiyanın müdafiə büdcəsində rekord artım müşahidə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya müdafiə büdcəsini 25 faiz artıraraq rekord həddə çatdırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bazar ertəsi parlamentin saytında dərc edilmiş büdcə sənədləri layihəsində deyilir ki, planlaşdırılan son xərc artımı Rusiyanın müdafiə büdcəsini 2025-ci ildə rekord həddə - 13,5 trilyon rubla çatdıracaq.

Yeni rəqəm bu il müdafiə üçün ayrılan məbləğdən təxminən 3 trilyon rubl çoxdur.

Bu artımla müdafiə və təhlükəsizlik xərcləri Rusiyanın ümumi dövlət xərclərinin təxminən 40 faizini təşkil edəcək. Bu, 2025-ci ildə 41,5 trilyon rubla uyğun gələcək.

Büdcə layihəsinə əsasən, bu il 7,7 trilyon rubl olan sosial xərclərin isə gələn il 16 faiz azalaraq 6,5 trilyon rubl olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Rusiyanın orduya külli miqdarda sərmayə qoyması NATO-nun Rusiyanın uzunmüddətli müharibə aparmaq qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini düşünən avropalı ekspertləri narahat edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et