Rusiyanın maliyyə bazarına yeni alət çıxarılıb | Banco.az

Rusiyanın maliyyə bazarına yeni alət çıxarılıb

Rusiyanın “MSP Bank”ı Moskva birjasında kiçik və orta sahibkarlıq subyektlərinə verdiyi kredit portfeli ilə təmin olunmuş xüsusi istiqarazlar yerləşdirib. 

Rusiya mətbuatı xəbər verir ki, bu, qiymətli kağızlar buraxmaqla müəyyən aktivlərin maliyyələşdirilməsi mexanizmi sayılır və ölkədə ilk təcrübədir. 

“Bank olaraq biznesin maliyyələşdirilməsi üçün fond bazarından vəsait əldə etmək məqsədi ilə yeni imkanlar yaratdıq. Bu yolla azı 10 mlrd. rubl vəsait edəcəyimizi planlaşdırırıq”,- deyə "PSP Bank" bəyan edib. 

Ən sərfəli kredit üçün müraciət et

Hələlik isə Bankın dövriyyəyə buraxdığı istiqrazların ümumi dəyəri 7 mlrd. rubl, onların illik faiz dərəcəsi isə 9,1%-dir. Qiymətli kağızlar  Dünya Bankının məsləhəti ilə satışa çıxarılıb. 

Report.az