Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın enerji gəlirləri 33,8 faiz azalıb.
Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, neft və təbii qaz gəlirləri yanvar–noyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq 8 trilyon 29 milyard rubla düşüb.
Açıqlamada qeyd olunub ki, noyabrda neft və qaz gəlirləri ötən ilin eyni ayına nisbətən 33,8 faiz azalaraq 531 milyard rubla enib və ötən ay neft və qaz sektorunda planlaşdırılandan daha çox gəlir itkisi yaşanıb.
Bundan əlavə, gəlirlərin noyabrda əvvəlki aya nisbətən 40,2 faiz azalması da diqqət çəkib. Analitiklər bunun əsas səbəbi kimi enerji şirkətlərinin vergi öhdəliklərindəki artımı göstəriblər.
Qərb ölkələri Rusiya neft və qaz sektoruna genişmiqyaslı sanksiyalar tətbiq edərkən, Rusiya da enerji ixracı üçün başda Asiya olmaqla müxtəlif regionlarda alternativ bazarlardakı payını artırmağa çalışır.
Bizi sosial şəbəkələrdən izləyin!!
