Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın ən zəngin milyarderlərinin sərvəti ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə azalıb.
Banco.az xəbər verir ki, bu daha çox “Renova”nın sahibi Viktor Vekselberqin sərvətində müşahidə olunub. Belə ki, biznesmen 11,2 milyard dollar itirib. Vladimir Potanin, Leonid Mixelson, Aleksey Mordaşov, Vladimir Lisin, Əlişir Usmanov və digər iri sahibkarlar da zərər çəkiblər.
Hazırda "Blomberg"in varlılar siyahısında 25 Rusiya vətəndaşı yer alır. Onların ümumi sərvəti 299 milyard dolları ötür. 10 ay ərzində onların birlikdə 83,4 milyard dollar itirdikləri bildirilir. Hazırda ən zəngin iş adamı olaraq "Norilsk Nikelin" sahiblərindən biri Vladimir Potaninin adı çəkilir. Onun sərvəti isə 29,8 milyard dollar olaraq dəyərləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!