Tamara Mustafayeva, Banco.az
Rusiyanın ən böyük bankı hesab edilən "Sberbank" Bosniya-Herseqovina, Xorvatiya, Serbiya və Sloveniyada fəaliyyət göstərən filiallarını satmağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Sberbank"dan edilən rəsmi açıqlamaya görə, bank Avropanın bəzi ölkələrindəki 162 ədəd filialının "AIK", "Gorenjska" və "Agri Europe Cyprus" şirkətlərindən ibarət konsorsiuma satılmasına dair razılaşma imzalayıb.
Sözügedən satınalmanın təqribən 500 milyon avroya reallaşacağının qeyd edildiyi açıqlamada prosesin ilin sonunadək başa çatacağı da vurğulanıb.
Qeyd edək ki, açıqlamada həmçinin "Sberbank"ın prioritet bazarlara yönəlmək və yeni biznes modellərini araşdırmaq üçün Mərkəzi və Şərqi Avropadakı mövcudluğunu azaltmağa qərar verdiyi də bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!