2017-ci ildə Rusiya Bankı (Mərkəzi Bank) 51 bankı lisenziyadan məhrum edib, "Otkrıtiya", "Binbank" və "Promsvyazbank" kimi iri bankların sanasiyasını həyata keçirib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə, "Fitch" beynəlxalq reytinq agentliyinin rəyinə görə, dövlət banklarının bazar payı 66%-ə yüksəlib.
Agentliyin analitiklərinin fikrincə, bu, hələ son deyil. Rusiyada bank sektorunun təmizlənməsi daha 2-3 il davam edə bilər.
"Ötən il Rusiya bank sektorunun kredit portfelini 3 trln. rubl (53 mlrd. ABŞ dolları) və yaxud 7% artıb. Kreditlərin 1,4 trln. rublu ( 24,8 mlrd. dollar) pərakəndə, qalanı isə korporativ kreditlər olub. Ekspertlər bu il pərakəndə kredit portfelinin 1-3%, korporativ kreditlərin isə 5% artacağını proqnozlaşdırırlar", - deyə "Fitch"in açıqlamasında qeyd olunub.
Xatırladaq ki, bu ilin əvvəlinə Rusiya bankların verdiyi kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 10% təşkil edib.