Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən hər il 3 milyard avroya qədər vəsaiti Ukraynaya ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr de Kroo bildirib. Avropalı siyasətçi dondurulmuş aktivlərin 90%-nin Belçikada olduğunu bildirib. Eyni zamanda, onun sözlərinə görə, Aİ səlahiyyətliləri superprofitlərə xüsusi diqqət yetirir.
Qeyd edək ki, 24 fevral 2022-ci il tarixindən etibarən Aİ və G7 ölkələri sanksiyalar siyasəti çərçivəsində Rusiya mərkəzi bankının öz ərazilərində təxminən 300 milyard avroluq (328 milyard dollar) aktivlərini bloklayıb.