Müəllif - Aida İsaq, Banco.az
Rusiya Mərkəzi Bankının Aİ ölkələrində dondurulmuş aktivləri münaqişə bitdikdən sonra geri qaytarılmalı olacaq.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib. Aİ ölkələri dondurulmuş Rusiya vəsaitlərindən Ukraynanın bərpası üçün istifadə etmək istəsələr də, bu istiqamətdə hüquqi maneələr çoxdur. Beləliklə, qeyd olunur ki, Avropa Komissiyası Rusiya Mərkəzi Bankının aktivlərini istifadə etməyəcək. Çünki münaqişə başa çatdıqdan sonra onlar Moskvaya qaytarılmalı olacaq. Eyni zamanda, Avropa Komissiyası dondurulmuş Rusiya vəsaitlərini Avropa dövlət istiqrazlarına yatırmağı təklif edir. Nəticədə illik 2,6% gəlir əldə olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!