Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya neftinin dəniz yolu ilə nəqlinin dörd həftəlik orta göstəricisi rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, Moskvanın neft hasilatının azaldılması artıq üçüncü aydır ki, davam etsə də, Rusiya xam neftinin beynəlxalq bazarlara axını əks hərəkət göstərir.
Belə ki, 5 may tarixində dəniz yolu ilə daşınmaların dörd həftəlik orta göstəricisi “Bloomberg”in məlumatları qeydı aldığı 2022-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
Bununla yanaşı, bütün rus xam neftinin Çin və Hindistana göndərilməsi Asiyaya daşınmaların yeni rekord səviyyəyə yüksəlməsinə gətirib çıxarıb.
Bizi sosial şəbəkələrdən izləyin!!