“Rusiyanın Davosu”nda 2 trilyon rublluq müqavilə imzalanıb | Banco.az

“Rusiyanın Davosu”nda 2 trilyon rublluq müqavilə imzalanıb

Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda 2 trilyon rubl (36 milyard dollar) dəyərində investisiya müqavilələri imzalanıb. 

Bloomberg istinadən xəbər verilir ki, forumda dünyanın 143 ölkəsindən 14 min nəfər iştirak edib. Müzakirələrə ABŞ-dan 140 şirkətin 560 nümayəndəsi qatılıb. Ümumiyyətlə, foruma ABŞ və Avropa biznes sektorunun marağının böyük olması diqqət çəkib. Müzakirələr nəticəsində 2 trilyon rubl - 36 milyard dollar dəyərində biznes müqavilələri imzalanıb. 

Forum çərçivəsində xüsusilə "Qazprom" və "Rosneft" bölgənin enerji sektorunda mühüm əhəmiyyət daşıyan razılaşmalara imza atıblar. Bunlardan biri də BP ilə "Rosneft" arasında imzalanan müqavilədir. 

Ən sərfəli kredit üçün müraciət et

“Qazprom” 50-yə yaxın müqaviləyə imza atıb. Bu sırada İtaliyanın “Edison” və Yunanıstan DEPA enerji şirkətləri ilə imzalanan müqaviləni qeyd etmək olar. Hansı ki, razılaşma əsasında rus qazının Türkiyədən keçməklə Yunanıstan və İtaliyaya ötürülməsini nəzərdə tutur.

Bu arada hesabatlara görə, türk şirkətlərinin forumda iştirakı zəif olub. Belə ki, foruma çox az sayda türk şirkəti qatılıb.  

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et