Rusiyanın Çinlə ticarət dövriyyəsi rekord vurub | Banco.az

Rusiyanın Çinlə ticarət dövriyyəsi rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Putin ölkəsinin Çinlə ticarət dövriyyəsində rekord əldə edildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Pekində Çin prezidenti Si Cinpin ilə görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edib.

Putin yenidən Rusiya prezidenti seçildikdən sonra ilk səfərini Çinə etdiyini vurğulayıb.

“Əlbəttə, burada müəyyən simvolizm var, ancaq söhbətlərimiz həm də məzmun baxımından olduqca zəngin və faydalıdır”, deyə o bildirib.

Putin qeyd edib ki, Si Cinpin ilə görüşlərində ticarət və investisiya əsas gündəm mövzuları arasında yer alıb.

“2023-cü ildə ölkələrimiz arasındakı ticarət həcmi 240 milyard dollarla rekord qırıb”, prezident bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyanın Çinə ərzaq ixracatının 1,5 dəfə artaraq 7,6 milyard dollara çatdığını açıqlayan Putin iki ölkə arasında ümumi dəyəri 200 milyard dollardan çox olan 80 layihənin birgə hazırlandığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et