Müəllif - Aida İsaq, Banco.az
Yanvar-avqust aylarında Rusiya ilə Qırğızıstan arasında ticarət dövriyyəsi artıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% çoxdur.
Banco.az xəbər verir ki, bu müddət ərzində iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi iki milyard dolları ötüb. Eyni zamanda Rusiyaya ixrac təxminən iki dəfə artıb.
Baş nazirin müavini Aleksey Overçuk hər iki ölkənin Mərkəzi Asiyada strateji tərəfdaş və müttəfiq olduğunu vurğulayıb.
Rusiya eyni zamanda digər ölkələr ilə də ticarət dövriyyəsini artırıb. Belə ki, bu ilin 8 ayında Rusiya ilə İran arasında ticarət dövriyyəsi 35,4 faiz artaraq 3,3 milyard dollara çatıb. İranın neft naziri Cavad Oudcini Moskva və Tehran arasındakı hazırki əməkdaşlığı “qızıl dövr” adlandırıb.
Məlumata görə, 2021-ci ildə Rusiya ilə İran arasında qarşılıqlı ticarətin həcmi 2020-ci illə müqayisədə 81,4 faiz artaraq 4 milyard dollar səviyyəsində müəyyənləşib.
Bizi sosial şəbəkələrdən izləyin!!