Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın beynəlxalq ehtiyatları ay ərzində 584,1 milyard dollara düşüb.
Banco.az xəbər verir ki, may ayının statistikasına görə, həcm 1,95 faiz və ya 11,6 milyard dollar azalıb. Eyni zamanda, 2023-cü ilin əvvəlindən ehtiyatlar 0,38 faiz və ya 2,1 milyard dollar artıb.
Qeyd edək ki, Mərkəzi Bankın və Rusiya hökumətinin beynəlxalq ehtiyatları xarici valyuta aktivləri, sikkələr və qızıl külçələr, xüsusi borc almaq hüququ, BVF-dəki ehtiyat mövqeyi və digər aktivlərdən ibarətdir. Bu vəsaitlərin böyük hissəsi 2022-ci ilin fevralında Ukraynada xüsusi əməliyyat başlayandan sonra dondurulub.
Bizi sosial şəbəkələrdən izləyin!!