Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın beynəlxalq ehtiyatları artıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Bankı məlumat yayıb. Belə ki, 2023-cü il yanvarın 6-na olan göstəricilərə əsasən müsbət revalvasiya nəticəsində ölkənin beynəlxalq ehtiyatları həftə ərzində 4,5 milyard dollar və ya 0,8% artaraq 582 milyard dollar təşkil edib. Bir həftə əvvəlki müvafiq göstərici isə 4,2 milyard dollar (və ya 0,7%) azalaraq 577,5 milyard dollar olub.
Qeyd edək ki, ölkənin beynəlxalq ehtiyatları xarici valyuta aktivlərindən, qızıldan, xüsusi borc almaq hüququndan, Beynəlxalq Valyuta Fondunda (BVF) ehtiyat mövqeyindən və digər qiymətli kağızlardan ibarətdir.
Bizi sosial şəbəkələrdən izləyin!!