Rusiyanın bank sektorunu hansı nəticələr gözləyir? | Banco.az

Rusiyanın bank sektorunu hansı nəticələr gözləyir?

Müəllif - Aida İsaq, Banco.az

İlin sonunda Rusiyanın bank sektoru zərərə uğrayacaq. Son aylarda maliyyə təşkilatlarının itkilərinin azalmasına baxmayaraq bu nəticə qaçılmazdır.

Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın analitika departamentinin direktoru Aleksandr Danilov məlumat verib. O, əvvəlki göstəricilərlə müqayisədə vəziyyətin bir qədər yaxşılaşmasına aydınlıq gətirib. Belə ki, Danilovun sözlərinə görə buna səbəb itkilərin daha çox valyuta istiqamətində və məzənnələrdə baş verən dəyişikliklərlə bağlı olmasıdır. 

Daha əvvəl Mərkəzi Bankın sədri Elvira Nabiullina Rusiya iqtisadiyyatında tənəzzüllə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, son vaxtlar vəziyyət gərginləşdiyi üçün Rusiya iqtisadiyyatla bağlı addımlar atmağı sürətləndirməlidir.

Ukraynada hərbi əməliyyatların başlamasından və Qərb ölkələrinin sanksiyalarından sonra Mərkəzi Bank kredit təşkilatlarına daxili mühasibat uçotu standartlarına əsasən hesabatın əsas formalarını açıqlamamağa icazə verib. Bu baxımdan ekspertlər sektorun vəziyyətini tam formada qiymətləndirməkdə çətinlik çəkir.

Ən sərfəli kredit üçün müraciət et

Bu səbəbdən Rusiya Banklar Assosiasiyası Mərkəzi Banka maliyyə hesabatlarının dərci üçün qapalı internet portalı yaratmağı təklif edib. Bu yolla bazar iştirakçıları təşkilatların maliyyə göstəricilərinə çıxış əldə edə bilərlər. Assosiasiya məlumat çatışmazlığının biznes fəaliyyətinə maneə olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram