Rusiyanın ABŞ-ın qiymətli kağızlarına yatırdığı investisiya həcmi açıqlanıb | Banco.az

Rusiyanın ABŞ-ın qiymətli kağızlarına yatırdığı investisiya həcmi açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Sentyabr ayı ərzində Rusiyanın ABŞ-ın qiymətli kağızlarına yatırdığı investisiyalarının həcmi açıqlanıb. Banco.az xəbər verir ki, investisiyaların beş milyon dollar artaraq 2,015 milyarda çatdığı məlum olub. Fevralda bu göstərici 3,752 milyard, mart və apreldə 2,003 milyard, iyunda 2,005 milyard, iyulda 2,007 milyard, avqustda 2,01 milyard dollar səviyyəsində olduğu müəyyənləşib.

Məlumata görə, doqquz milyon məbləğində sərmayə uzunmüddətli istiqrazların (avqust ayı ilə müqayisədə bir milyon dollar çox), 2,006 milyard (dörd milyon dollar çox) isə qısamüddətli istiqrazların payına düşüb.

Xatırladaq ki, Rusiya 2018-ci ildə ABŞ-ın dövlət borcuna investisiyaları kəskin şəkildə azaltmağa başlayıb. Həmin ilin martında onların səviyyəsi 96 milyard, mayda isə 14,9 milyard olub. Yaponiya isə ABŞ dövlət istiqrazlarının ən böyük sahibi olaraq qalır (1,12 trilyon dollar).

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram