Rusiyanı qarşıda yeni sanksiyalar gözləyir? – İqtisadçıdan açıqlama | Banco.az

Rusiyanı qarşıda yeni sanksiyalar gözləyir? – İqtisadçıdan açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“ABŞ və Avropa Birliyi, Ukrayna ilə müharibə bitsə belə, Rusiyadan sanksiyaları qaldırmayacaq”.

Banco.az xəbər verir ki, bu açıqlamanı “Synergy University” analitik mərkəzinin eksperti, iqtisad elmləri namizədi Yekaterina Fedyukoviç edib. İqtisadçı qeyd edib ki, Rusiyanı Avropa və ABŞ tərəfdən yeni təzyiqlər gözləyir.

İqtisadçı Rusiyanın neft və qaz ixracının imkanlarını məhdudlaşdıran tədbirlərin daha da sərtləşdiriləcəyini, lakin onların Moskvaya deyil , idxalçı ölkələrə tətbiq ediləcəyini bildirib.

Fedyukova vurğulayıb ki, Rusiya iqtisadiyyatı özünü hərbi sənaye üçün lazım olan bir sıra mallarla təmin etmək iqtidarında deyil. İqtisadçının fikrincə, qısa və orta perspektivdə praktiki olaraq sıfırdan lazımi istehsalı yenidən yaratmaq mümkün deyil, üstəlik, texnoloji və iqtisadi cəhətdən də mümkün olmaya bilər. Ekspert qeyd edib ki, belə mallar sanksiyalardan yan keçməklə paralel idxalla ölkəyə gətirilir və hətta dost ölkələrdən də komponentlərin idxalının qarşısının alınması üçün tədbirlərin tətbiqi ehtimalı yüksəkdir. Fedyukova Çin də daxil olmaqla “ağ” idxal sxemləri üzrə ödənişlərlə bağlı problemlərin artacağını istisna etməyib".

Ən sərfəli kredit üçün müraciət et

“Artıq Çin bankları vasitəsilə ödənişlərin gecikdirilməsi və ya imtina edilməsini müşahidə edirik və ehtimal etmək olar ki, daha çox problemlər olacaq. Risklər xeyli artır”, - iqtisadçı yekunlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et