Bakı rusiyalı turistlər arasında yay aylarında həftəsonu üçün populyar şəhərlər arasında ilk beşlikdə yer alıb.
Bu barədə “TurStat” analitik agentliyinin yeni hesabatında qeyd edilib.
İlk beşliyə Minsk, Praqa, Tbilisi və Tallin daxil olub.
Məlumata görə, rusiyalı turistlər Bakıya orta hesabla 2,5 gün müddətinə gəlir və gün ərzində 85 dollar xərcləyirlər.
Turistləri Azərbaycan paytaxtında, əsasən, 23-25 iyunda keçiriləcək “Formula 1” və 27-30 iyulda “Jara” musiqi festivalı cəlb edir.
Mənbə: Trend.az