Rusiyalı nazir: “Uçot dərəcəsi yenidən azaldıla bilər” | Banco.az

Rusiyalı nazir: “Uçot dərəcəsi yenidən azaldıla bilər”

"Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının sentyabrın 6-da keçiriləcək növbəti iclasında uçot dərəcəsi yenidən azaldıla bilər".

Bu proqnozla ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib.

“Bu il uçot dərəcəsi 2 dəfə azaldılıb. Amma Rusiya Bankı yenidən belə bir addım atmağa hazırdır. Bu baş versə, Rusiyada ipoteka və korporativ kreditləşmənin həcmi artacaq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Mərkəzi Bank uçot dərəcəsini bu il iyunun 14-də 7,75%-dən 7,5%-ə, iyulun 26-da isə 7,5%-dən 7,25%-ə endirib. 

Report.az