Müəllif Aida İsaq, Banco.az
Rusiya bazarını tərk etmiş brendlərdən spirt almaq məsləhət görülmür. Banco.az xəbər verir ki, bu barədə Alkoqol Siyasətinin İnkişafı üzrə Milli Mərkəzin rəhbəri Pavel Şapkin açıqlama verib.
Sənaye ekspertinin sözlərinə görə, alkoqolun paralel idxalının leqallaşdırılması məsələsi bazarda alternativ brendlərin meydana çıxması səbəbindən getdikcə aktuallığını itirir.
“Rusiya bazarını tərk etmiş brendlərin spirtli məhsullarını almamalısınız, çünki piştaxtalarda saxta məhsullar ola bilər. Əgər Rusiya mağazalarının rəflərində tanış xarici viski, tekila, konyak və s. kimi markalar yoxdursa, buna böyük bir fəlakət kimi yanaşmaq doğru deyil”- deyə Şapkin bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın alkoqol bazarında yeni brendlərə rast gəlinəcək.
Oktyabrın 25-də “İzvestiya”nın yaydığı məlumata görə “Delovaya Rossiya” təşkilatı iri spirtli içki istehsalçılarının alkoqollu içkilərin paralel idxalının leqallaşdırılmasının qarşısının alınması ilə bağlı maliyyə naziri Anton Siluanova müraciət məktubu ünvanlayıb. Şirkətlər ölkəyə saxta məhsulların idxalı riskinin artdığını qeyd ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!