Rusiyalı milyarderlərin sərvəti artıb | Banco.az

Rusiyalı milyarderlərin sərvəti artıb

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ilin əvvəlindən ən zəngin rusiyalı milyarderlərin ümumi sərvəti 16,35 milyard dollar artıb.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg milyarderlər indeksinin” yeni reytinqində bildirilir. İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhm qiyməti əsasında hesablanır. Ümumilikdə sözügedən reytinq planetin 500 ən varlı adamını əhatələyir ki, onlardan 22 nəfəri Rusiya vətəndaşıdır. Mayın 1-nə onların ümumi sərvəti 279,88 milyard dollar təşkil edib.

“Lukoyl” neft-qaz şirkətinin ortaq sahibi Vahid Ələkbərov 2023-cü ildə digərlərindən daha çox varlanıb. Onun sərvəti 3,7 milyard dollar artaraq 19,1 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et