Rusiyalı məzunlar bu sahələrdə işləməyə üstünlük verir | Banco.az

Rusiyalı məzunlar bu sahələrdə işləməyə üstünlük verir

Rusiya universitetlərinin məzunlarının 45% -dən çoxu marketinq və reklam işin perspektivli bir sahə hesab edirlər.

Bunu EFKO şirkətlər qrupu tərəfindən mayın 15-dən 30-dək axrıncı kurs bakalavr və magistr təhsili alan 2,7 min tələbə arasında keçirilən tədqiqatın nəticəsi sübut edir.

AdTech haqqında danışan məzunlar deyib ki, marketinq, reklam, PR və yeni medianın yaxın on ildə ən fəal şəkildə inkişaf edəcək. Karyera planları araşdırması sayəsində iştirakçıların təxminən 46%-i seçdikləri ixtisasdan məmnun olduqlarını, məzunların 40% -i peşələrini bəyəndiklərini, lakin seçdikləri peşələrdə karyera quracaqlarına əmin deyillər.

Məzunlar xəyallarındakı iş haqqında da özlərinin fikirlərini bölüşüblər. Belə ki, əksəriyyəti dövlət sektorunda (25%), korporasiyalarda (25%), kiçik və orta müəssisələrdə (20%) işləmək istəyir.

Anketdə hər beş adamdan biri sahibkar olmaq istəyir. Böyük fabriklər və yeni müəsissələr isə cəmi 4% və 3% qədər maraq görmüşdür. Məzunların əksəriyyəti (94%) Rusiyada karyera qurmağı planlaşdırdıqlarını və hazırki məzunların 6% -i isə xaricdə işləməyi xəyal etdiklərini deyib.

2020-ci il məzunları, həmçinin bildirib ki, arzu olunanlar karyera imkanlarının, inkişafın olduğu iş yerləridir. İkinci yerdə əmək haqqı səviyyəsi dayanır. İşə götürənin məşhur brend olması və gözəl ofisi tələbələr üçün o qədər də əhəmiyyətli deyil.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyalı məzunların frilans işləri ilə bağlı fikirlər də qeyd olunub - 40% ofisdə işləməyi üstün tutur, 55% -i ofisə gəlmək şərti ilə frilans işləməyi üstün tutur. İştirakçıların 5% -dən azı tam iş günü seçdi.Tədqiqat, həmçinin, rusiyalı tələbələrin az bir hissəsinin ingilis dilini (15%) bildiyini və bundan öz işlərində istifadə edə biləcəyini, qalan iştirakçılar isə isə başlanğıc və ya orta səviyyəyə sahib olduqları müəyyən edildi.

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et