Müəllif - Aida İsaq, Banco.az
Ruslara müəyyən bir məbləğə sahib olduqdan sonra sərmayə yatırmaq təklif olunub.
Banco.az xəbər verir ki, "IC VELES Capital"ın layihə rəhbəri Valentina Savenkova Rusiya vətəndaşlarını sərmayə yatırmaq üçün addımlar atmağa çağırıb. Ekspert bildirib ki, investisiya portfelinin formalaşdırılması üçün böyük vəsaitin olması başlıca amil deyil. Onun sözlərinə görə, ilk addımlarını atan investorlar kiçik məbləğdə olan sərmayələrlə başlayır. Savenkova portfel yaratmaq üçün 10-20 min rublu kifayət qədər uyğun məbləğ adlandırıb.
Maliyyəçi xatırladıb ki, Rusiyada qiymətli kağızlarının əksəriyyəti "Qazprom", "NOVATEK", "Sberbank"da üç min rubldan az lotlarla, "OFZ"də isə min rubldan çox lotlarla alınıb-satılır.
Bundan əvvəl Mərkəzi Bank ruslar üçün “dost olmayan” ölkələrdən qiymətli kağızların alışı zamanı tətbiq olunan məhdudiyyətləri sərtləşdirib. Noyabrın 1-dən bu hədd bütün portfelin 10%-nə, dekabrın 1-dən isə 5%-ə endiriləcək. 2023-cü ilin əvvəlindən qeyri-ixtisaslı rus investorlara “dost olmayan ölkələrin” emitentlərinin qiymətli kağızlarında mövqelərini artırmaq məqsədi daşıyan hər hansı əməliyyatlar aparmaq qadağan ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!