Müəllif - Aida İsaq, Banco.az
Dünyada Rusiyadan idxalın ümumi azalması ilə ölkələr fevralın sonundan etibarən Rusiya mallarının alışını əhəmiyyətli dərəcədə artırıblar.
Banco.az xəbər verir ki, bu siyahıda karbohidrogen qiymətlərinin kəskin artması ilə əlaqədar Moskvaya qarşı sanksiyaları dəstəkləyən ölkələr də yer alır.
Hindistan idxalını 430% artırıb. İki ölkə arasında ticarət dövriyyəsinin ümumi həcmi son beş ilin orta göstəricisini 310% üstələyərək 3,3 milyard dollara yüksəlib. Bu göstərici həm idxal, həm də ixracı əhatələyir.
Növbəti sıralamada Türkiyə, Braziliya, İspaniya və Çin gəlir. Eyni zamanda Hollandiya, Yaponiya, Almaniya və Norveçlə ticarətin həcmində də xeyli artımlar müşahidə olunub.
Rusiyaya ixrac daşımaları müvafiq olaraq 24% və 113% artıran Çin və Türkiyə istisna olmaqla, digər ölkələrdə azalıb. Türkiyənin xüsusi rola sahib olması isə hazırda paralel idxal proqramının həyata keçirilməsi istiqamətində əsas mərkəz nöqtəyə çevrilməsi ilə bağlıdır. Bunun sayəsində Rusiya məhsul qıtlığını aradan qaldırmağa çalışır.
Avropa ölkələrinin Rusiyanın enerji resurslarından imtina etməsi fonunda onların Rusiyadan idxalının həcmi qaçılmaz olaraq azalacaq. Dekabrda qaz tədarükünün kəskin azalması neft embarqosunu daha da artıracaq. Ekspertlərin fikrincə, bu, Rusiya şirkətlərini xammal istehsalını daha da azaltmağa məcbur edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!