Rusiyadan qara kürü alanların diqqətinə: Bazarda saxta Çin məhsulları var | Banco.az

Rusiyadan qara kürü alanların diqqətinə: Bazarda saxta Çin məhsulları var

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son vaxtlar Rusiya bazarlarında  Çindən  idxal edilən qara kürü peyda olub. Məsələnin maraqlı tərəfi odur ki, həmin məhsullar elə “rus malı”kimi qablaşdırılaraq mağazalara göndərilir.

Ekspertlər vəziyyətin ürəkaçan olmadığı qənaətindədirlər.

Banco.az xəbər verir ki, hələ 2018-ci ildən başlayaraq Çindən Rusiyaya qara kürü göndərilməyə başlanılıb. Keçən il  rəsmi yollarla göndərilən məhsulun həcmi 18.5 ton təşkil etsə də ümumi rəqəmin 56 ton olduğu bildirilib.

Bu barədə danışan  Rusiya Nərə Balıqları Yetişdirənlər İttifaqının rəhbəri Aleksandr Novikov deyib ki, cəmi  1-2 şirkət Çindən kürü satdığını bildirir, qalanları yox.

Çin kürüsünü rus adı altında və rus kürüsünə oxşar qiymətə satmağın çox sərfəli olduğunu deyən Novikov deyib ki, logistik xərclər nəzərə almaqla  Çindən, bir kiloqram qara kürü  200 dollara başa gəlir.

Bu kürülər əsasən geni dəyişdirilmiş məhsullardan, xüsusən də soyadan hazırlanır. Yemdə mühüm komponent balıq yağı olsa da, Çində istehsal edilən bu məhsulda  onu kolza yağı ilə əvəz edirlər. Bu da balıq yağından 6-7 dəfə ucuzdur.

Digər vacib yem elementi balıq unudur. Çinlilər burada da pul xərcləməmək qərarına gələrək onu quş tükü unu ilə qarışdırılmış heyvan mənşəli ət və sümük unu ilə əvəz etdilər. Nəticədə, yemin dəyəri Rusiyadan bir neçə dəfə ucuz olsa da  keyfiyyəti aşağı olur.

“Əvvəllər yabanı nərə balığından kürü istehsal olunurdusa, indi akvakulturadan hazırlanır. Nərə balıqları əsirlikdə saxlanılır, qarışıq yemlə qidalanırlar. Süni yetişdirilmiş balıqdan alınan kürü daha proqnozlaşdırıla bilən bir dada malikdir - onun hansı şəraitdə böyüdüyünü və nə yediyini bilirik. Sadəcə mürəkkəb yemlə düzgün işləmək və ona qənaət etməmək lazımdır. Keyfiyyətli yem daha bahadır, buna görə də kürü bəzi istehsalçılardan baha, digərlərindən isə ucuzdur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram