Rusiyadan MDB ölkələrinə pul köçürmələri bahalaşıb. Fins.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, sentyabrın 30-dən edibarən Rusiyada işləyən 3 beynəlxalq pulköçürmə sistemlərindən biri olan “Western Union” tarifləri artıracaq. Xüsusilə də MDB ölkələrinə olan kiçik köçürmələr - məbləği 5 min rubl və ya 200 dollardan başlayan göndərişlərdən tutulan haqq 0,3-0,5% artırılır.2 min dollar və ya 50 min rubldan yuxarı göndərişlər üçün xidmət haqqı isə tutulması 2 dəfə artacaq. "Kommersant" yazır ki, tariflərin artırılması Rusiya bazarı üçün çox nadir hadisədir. Bir qayda olaraq, iştirakçılar, əksinə, qiymət dempinqi hesabına müştəri uğrunda mübarizə aparır. “Western Union”un mənfəətinin azalması barədə məlumatlar onun hesabatında qeyd olunur. Mənfəət iyulun 1-nə 73,5 mln. rubl təşkil edib ki, bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 22%, 2012-cu ilin 1-ci yarısı ilə müqayisədə 45% azdır.