Müəllif:Mehin Qasımova/Banco.az
Rusiya Energetika Nazirliyi neft ixracı ilə bağlı yeni qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada qeyd olunub ki, noyabr ayında ölkənin xam neft və neft məhsulları ixracının may-iyun dövründəki orta səviyyə ilə müqayisədə gündəlik 300 min bareldən çox azalacağı gözlənilir.
Nazirlik həmçinin bildirib ki, Rusiya enerji bazarını sabitləşdirmək üçün aparıcı neft istehsalçıları qrupu olan OPEC+-nın könüllü səylərində tam iştirak etməyə davam edir.
Səudiyyə Ərəbistanı və Rusiya ilin sonuna qədər gündəlik 1,3 milyon barel və ya qlobal tələbatın 1 faizindən çox könüllü neft tədarükünü dayandırmaq barədə razılığa gəliblər.
Ötən ay Rusiya baş nazirinin müavini Aleksandr Novak ilk dəfə olaraq ölkənin neft ixracını sutkada 300 min barel azaltmaq qərarına neft məhsullarının daxil edildiyini bəyan etmişdi.
"Rusiyanın neft məhsullarının ixracına məhdudiyyətlər qoyduğunu və bu məhdudiyyətlərin tətbiq olunmağa davam etdiyini qeyd edirik. Neft məhsullarının daxili bazara daşınması, o cümlədən ehtiyatların yaradılması artır”,-deyə bəyanatda qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!