Rusiyadan metal tədarükünə qadağa qoyulması Avropa üçün nə vəd edir? | Banco.az

Rusiyadan metal tədarükünə qadağa qoyulması Avropa üçün nə vəd edir?

Müəllif - Aida İsaq, Banco.az

Rusiyadan London metal birjasına mis və nikel tədarükünün qadağan edilməsi Avropa sənayesində böhrana səbəb ola bilər.

Banco.az xəbər verir ki, bunu sənaye və energetika sahəsi üzrə ekspert Leonid Xazanov proqnozlaşdırıb.

Bundan əvvəl London metal birjasına Rusiyadan metal tədarükünə qadağa qoyulmaması barədə razılıq əldə olunub. Xazanovun sözlərinə görə, Rusiyadan tədarüklərə tətbiq ediləcək qadağa ilk növbədə Avropa bazarında nikel və mis qıtlığına səbəb olacaq. Bu isə Avropada metallurgiya və kabel istehsalından tutmuş mühərrik, avtomobil istehsalına qədər bir çox fabriklərin avtomatik olaraq bağlanmasına gətirib çıxaracaq.

Avropanın ən böyük mis istehsalçıları (Aurubis və Boliden) elektrik enerjisi və qaz qiymətlərinin yüksək olması səbəbindən yaranan boşluğu tam formada doldurmaq gücünə malik deyil.

Eyni zamanda Xazanov nikel istehsalında da vəziyyətin daha da pisləşə biləcəyini, Avropada nikel istehsal edən müəssisələrin demək olar ki, mövcud olmadığını qeyd edib.

Əvvəllər London metal birjası bu məsələ ilə bağlı treyderlərin rəyini əsas götürürdü. Rusiya məhsulları ilə ticarətə davam etmək, tədarüklərin həcminə məhdudiyyətlərin tətbiqi və ya Rusiya metallarının birjanın anbarlarına daşınmasına qadağanın tətbiqi iştirakçıların qərarından asılı idi.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sentyabrın əvvəlində dünyanın ən böyük təyyarə istehsal edən şirkətlərindən biri olan “Boeing” Rusiyadan alüminium alışını dayandırıb. Korporasiya hələ mart ayında Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olması fonunda Rusiya tədarükündən imtina etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et