Müəllif - Aida İsaq, Banco.az
Rusiya Mərkəzi Bankının (MB) yeni proqnozuna görə, bu il ölkədən kapital axını 246 milyard dollardan 251 milyard dollara yüksələcək.
Banco.az xəbər verir ki, bu barədə tənzimləyici orqanın proqnozunda deyilir.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 74 milyard dollar olub. Eyni zamanda, 2023-cü il üçün proqnozlar buna əks olaraq aşağı salınıb. Mərkəzi Bank vəsaitlərin xaricə axınının səngiyəcəyini və 124 milyard dollar təşkil edəcəyini gözləyir. Bu isə əvvəllər düşünüldüyündən aşağı göstəricidir. 2024 və 2025-ci illərdə Mərkəzi Bank ölkədən müvafiq olaraq 54 milyard və 16 milyard dollar kapital axını gözləyir.
Daha əvvəl keçirilən iclasda tənzimləyici orqan əsas faiz dərəcəsini 7,5 faiz səviyyəsində saxlamaq qərarına gələrək pul siyasətinin yumşaldılması kursunu tamamlayıb. Mərkəzi Bankın qeyd etdiyi kimi, əhalinin və biznesin inflyasiya gözləntiləri yüksək səviyyədədir və yay ilə müqayisədə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!