Rusiyadan gedən şirkətlər 200 mindən çox insanı işlə təmin edir | Banco.az

Rusiyadan gedən şirkətlər 200 mindən çox insanı işlə təmin edir

Sanksiyalar çərçivəsində Rusiyanı qismən və ya tamamilə tərk edən beynəlxalq şirkətlər ölkədə 200 mindən çox insanı işlə təmin edir.

Bu barədə "Forbes" jurnalı yazır.

Nəşrin məlumatına görə, "McDonald's" Rusiyanı tərk edən şirkətlərin ən böyük işəgötürənidir. Rusiyada sözügedən "fast food" restoranları şəbəkəsində 62 min işçi çalışırdı.

"Pepsico" muzdlu işçilərin sayına görə ikinci ən böyük şirkətdir. Məlumata görə, şirkətə məxsus müəssisələrdə təxminən 19 minə yaxın işçi çalışırdı.

Bundan başqa, IKEA Rusiyada mağazalarını üçaylıq bağlayıb və yerli istehsalı dayandırıb. Şirkətdə IKEA-nın hələ də işdən çıxarmadığı 15 min işçi çalışır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et