Müəllif - Aida İsaq, Banco.az
Fevralın 24-dən martın 3-dək olan müddət ərzində Rusiyadan dəniz yolu ilə neft tədarükünün həcmi sutkada 3,11 milyon barelə qədər azalıb. Bu isə bir həftə əvvəlki səviyyədən 14% azdır.
Banco.az xəbər verir ki, “Blomberg”in məlumatına görə, son dörd həftə ərzində orta hesabla gündəlik dəniz yolu ilə ixracın ümumi həcmi 80 min barel azalaraq 3,3 milyon barelə düşüb.
Ümumilikdə azalmanın Sakit okean regionunun limanlarında baş verdiyi qeyd olunur. Baltik və Qara dəniz terminallarından daşınmalar isə bir həftə əvvəl qeydə alınan rəqəmlərlə müqayisədə dəyişməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!