Rusiyadan Çinə elektrik enerjisinin ixracı artıb | Banco.az

Rusiyadan Çinə elektrik enerjisinin ixracı artıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyadan Çinə elektrik enerjisinin ixracı artıb.

Banco.az xəbər verir ki, ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23% artıb. Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov elektrik enerjisi ixracının 11 ay ərzində 23% artdığını təsdiqləyib. Müvafiq göstərici onun sentyabrın əvvəlinə olan 19-20%-lik artım proqnozunu üstələyib

Qeyd edək ki, Rusiyanın Çinə elektrik enerjisi tədarükü İnter RAO tərəfindən həyata keçirilir. Mövcud müqavilənin şərtlərinə görə, ixrac “al və ya ödə” sxeminə uyğun olaraq gerçəkləşdirilir. 2021-ci ilin sonunda tədarük həcmi 3,8 milyard kVt/saat olub. Ümumilikdə isə 181,5 milyon ABŞ dolları təşkil edib. 

Məlumata görə, Rusiyanın Çinə elektrik enerjisi ixracının artması Asiya ölkəsinin hakimiyyət orqanlarının təşəbbüsü ilə baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et