Rusiyadan bu ölkəyə qızıl idxalı rekord həddə çatıb | Banco.az

Rusiyadan bu ölkəyə qızıl idxalı rekord həddə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyadan Çinə qızıl idxalı rekord həddə çatıb. Banco.az xəbər verir ki, Rusiya şirkətlərinin oktyabrda tədarükləri iki dəfə artaraq 2,16 ton və ya 124,6 milyon dollar təşkil edib.

Bununla yanaşı, Moskva Çin bazarı üçün hələ də kiçik tədarükçü olaraq qalır. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə İsveçrə Çinə 26,5 milyard, Kanada 9,7 milyard, Cənubi Afrika isə 7,7 milyard dollar dəyərində qızıl göndərib.

Rusiya qızıl istehsalçıları Aassosiasiyasının rəhbəri Sergey Kaşuba Rusiyadan Çin bazarına çatdırılmanın artım səbəbi olaraq karantin məhdudiyyətlərinin mövcudluğu və rus tədarükçüləri tərəfindən anbarlarda yığılan ehtiyatları göstərib.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2022-ci ilin üçüncü rübündə müxtəlif ölkələrin mərkəzi bankları təxminən 400 ton qızıl alıb. Bu isə ötən illə müqayisədə (91 ton) dörd dəfə çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram