Rusiyadan Azərbaycana pul köçürmələri 50% azalıb | Banco.az

Rusiyadan Azərbaycana pul köçürmələri 50% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rusiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 155 milyon 376 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50,3% (157 milyon 253 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 312 milyon 629 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 3 ayda Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 52,8% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram