Müəllif: Gülnar Əhmədli, Banco.az
Rusiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 85 milyon 651 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9% (69 milyon 725 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 155 milyon 376 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 3 ayda Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 37,3% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!