Rusiyadan Azərbayacana turist axını artıb | Banco.az

Rusiyadan Azərbayacana turist axını artıb

"Bu ilin ilk 2 ayında Azərbaycana 600 mindən çox Rusiya vətəndaşı gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur".

Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin direktoru Fuad Nağıyev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş “dəyirmi masa”da bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün Rusiya amili prioritet olaraq qalır.

“Bu gün turizm sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlverişli şərait yaradılıb”, - deyə o, qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyanın Federal Turizm Agentliyinin rəhbəri Oleq Petroviç isə bildirib ki, iki ölkə arasında turizm əlaqələri inkişaf edir: “Həm Rusiyadan Azərbaycana, həm də əks istiqamətdə turist səfərləri artır. Ötən il Rusiyadan Azərbaycana gələn turistlərin sayında 17% artım olub. Cari ildə də bu artım davam edir. Bu dinamikannın saxlanılmasına çalışacağıq. İki ölkənin turizm əlaqələrinin inkişafı üçün böyük perspektivləri var". 

Report.az