Rusiyadan Avropaya qaz nəqli artıb | Banco.az

Rusiyadan Avropaya qaz nəqli artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın Aİ-yə qaz nəqli ilin birinci rübündə 23 faiz artıb.

Banco.az xəbər verir ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dərc etdiyi yekun hesabata görə, Aİ ölkələri mart ayında boru kəmərləri vasitəsilə ümumilikdə 14 milyard kubmetr təbii qaz idxal edib.

Bu həcm əvvəlki ayla müqayisədə 12 faiz, ötən ilin eyni ayına görə isə 4 faiz artım deməkdir.

GECF-in sözügedən hesabatına görə, ilin birinci rübündə boru kəmərləri ilə Aİ-yə satılan təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 40 milyard kubmetrə çatıb.

Rusiyadan bu ilin birinci rübündə boru kəmərləri ilə Aİ-yə nəql edilən təbii qazın həcmi 2023-cü ilin birinci rübü ilə müqayisədə 23 faiz artaraq 7 milyard kubmetri keçib. 

Ən sərfəli kredit üçün müraciət et

Mart ayında Aİ-nin boru kəmərləri ilə aldığı təbii qazın miqdarı da ötən ilin eyni ayı ilə müqayisədə 4 faiz artıb. Mart ayında həyata keçirilən qaz idxalı 2022-ci ilin dekabrından bəri Aİ-yə aylıq boru kəməri qazı idxalının ən yüksək səviyyəsi olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et