Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin fevral ayında Rusiya məhsullarının Almaniyaya idxalı ötən ilin eyni ayı ilə müqayisədə 91 faiz azalıb.
Banco.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin hesabatında bildirilir. Fevralda Rusiyadan Almaniyaya təxminən 300 milyon avro dəyərində məhsul ixrac edilib. Məlumata görə, Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya Almaniyanın xarici ticarəti üçün əhəmiyyətini itirib. Ən mühüm təchizatçılar arasında 11-ci yerdən 46-cı yerə düşüb.
Həcmlərin belə azalması əsasən iki ölkənin ticarətində mühüm rol oynayan enerji resurslarının tədarükünün azalması ilə bağlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!