Rusiyadakı restoranlarını bağlayan "Starbucks"ın yerində oxşarı açıldı | Banco.az

Rusiyadakı restoranlarını bağlayan "Starbucks"ın yerində oxşarı açıldı

Tamara Mustafayeva, Banco.az

"Starbucks"ın Rusiya bazarından çıxması ilə markaya alternativ olaraq “Stars Coffee” adlı yeni qəhvəxanalar şəbəkəsi açılıb.

Məlum olduğu kimi, Rusiyanın fevral ayından bəri Ukraynaya hücumundan sonra bir çox tanınmış marka Rusiyadakı fəaliyyətlərini dayandırmaq qərarına gəlmişdi. Onlardan biri də Amerikanın məşhur qəhvə restoranları brendi "Starbucks" idi.

Brendin Rusiyadan çəkilməsi ilə alternativ yollar axtaran restoran sahibi və reper dostu əvvəllər "Starbucks" tərəfindən idarə olunan restoranı "Stars Coffee" adı ilə yenidən açıb. Adı və loqosu ilə "Starbucks"a çox bənzəyən markanın həmtəsisçisi Pinski "Stars Coffee"nin içkiləri üçün qəhvə dənələrinin Latın Amerikası və Afrikadan gətirildiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Starbucks" şirkəti hələ ki, məsələyə heç bir münasibət bildirməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et